• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sürüşmə olan kəndə yeni yol çəkilir

Sürüşmə olan kəndə yeni yol çəkilir

İsmayıllı rayonunun Zərnəva kəndinə yeni yolun çəkilməsi planlaşdırılır.

Bu barədə Publika.az-a açıqlamasında kənd bələdiyyəsinin sədri Əliqulu Yedigarov məlumat verib. O bildirib ki, mərkəzlə əlaqəsi kəsilən kəndə yeni yol çəkiləcək.

“Yolun çəkilməsi ilə bağlı bu gün rəy yazılacaq. Ehtimal edirik ki, sabahdan yolun çəkilişinə qərar veriləcək. Üç-dörd günə "QAZ"-66-99 markalı maşınların hərəkətinə icazə veriləcək. Ərazi dağlıq zona olduğuna görə hər zaman kənd yollarında bu maşınlar işləyib”.

Bələdiyyə sədri sürüşmə nəticəsində bir neçə evdə çatların əmələ gəldiyini bildirib:

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin evlərə baxış keçiriblər. Evlərdə çatlar genişləndiyi halda sakinlərinin köçürülməsinə baxıla bilər. Yaşanması təhlükəli olan bir ev var idi, həmin evin sahibinin razılığı əsasında köçürüldü”.

Ə.Yedigarovun sözlərinə görə, ərazidə sürüşmə əvvəlki kimi aktiv olmasa da, hələ də müşahidə edilir.

Qeyd edək ki, sürüşməyə səbəb mayın 29-da İsmayıllı rayonuna yağan yağışın səbəb olduğu bildirilir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR