Benzinin qiyməti qalxacaq?
Bizi izləyin

Qırmızı.az

Benzinin qiyməti qalxacaq?

“Benzinin qiymətinin dəyişdirilməsi və ya qalxması Tarif Şurasının gündəmində yoxdur”.

Bu barədə Publika.az-a açıqlamasında İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.

Xatırladaq ki, millət vəkili Vahid Əhmədov mətbuata açıqlamasında benzinin qiymətinin yenidən bahalaşacağını deyib. Onun sözlərinə görə, benzinin keyfiyyəti yüksələndən sonra qiymətlərdə də bahalaşma gözlənilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə açıqlamasında Azərbaycanda istehsal olunan yanacağın tam olaraq ölkə tələbatını ödədiyini, lakin keyfiyyətinin müasir tələblərə cavab vermədiyini bildirib. Artıq ARDNŞ yanacağın keyfiyyətinin yüksəldilməsi və əməliyyat xərclərinin yaxşılaşdırılması məqsədi ilə müvafiq işlər görməyə başlayıb. Qurum bununla bağlı inkişaf proqramı hazırlayır.

İnkişaf Proqramına Azərbaycanda mövcud olan neft emalı zavodlarının müasirləşdirilməsi daxildir. Bu prosesin müddəti 42-48 aya qədər olacaq və Azərbaycanda 2018-ci ildən etibarən “Avro 5” standartlarına uyğun benzin, kerosin, dizel və digər yanacaq növləri istehsal etmək mümkün olacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm