Bu gün daha bir yol bağlanır
Bizi izləyin

Qırmızı.az

Bu gün daha bir yol bağlanır

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən bildirilib ki, iyunun 6-dan 7-nə keçən gecə 00:00-da paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyədək yol avtomobillərin hərəkəti üçün bağlanacaq.


Küçə bağlanmasına səbəb asfalt-beton örtüyünün dəyişdirilməsidər. "Azəryolservis" ASC sürücülərdən xahiş edir ki, küçə açılanadək alternativ yollardan istifadə etsin.


Bu gecə bir müddət öncə təmirə dayanan Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək olan hissəsi sürücülərin istifadəsinə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm