Bakıdakı məşhur oteldə biabırçılıq
Bizi izləyin

Qırmızı.az

Bakıdakı məşhur oteldə biabırçılıq

Bakının Səbail rayonu ərazisində yerləşən “Empire” oteldə əxlaqsızlıq yuvasının aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarəyə “Empire” oteldə əxlaqsızlıq yuvasının saxlanılması ilə bağlı məlumat daxil olub.
Daxil olan məlumat əsasında əməliyyat keçirilib və məlumat təsdiqini tapıb.

İdarə əməkdaşlarının keçirdiyi əməliyyat əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan rayon sakini, 1990-cı il təvəllüdlü Zərbəliyev Nihad Əhməd oğlu həbs edilib.

O, gəlir əldə etmək məqsədilə digər şəxslərlə əlbir olaraq cinayət əlaqəsinə girib. Nihad Zərbəliyev və digər şəxslərin Səbail rayonu, Xəqani küçəsi 89 ünvanında yerləşən “Empire” oteldə əxlaqsızlıq yuvası təşkil etmələri müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm