Nazirlik çaylardakı vəziyyəti açıqladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik çaylardakı vəziyyəti açıqladı

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 10-40, Naxçıvan MR çaylarında isə ongünlük normanın 40 faizini təşkil edir.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyunun 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 436 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 202 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində isə əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 3, Salyanda 7, Bankədə 4 sm azalma, lakin Surrada 26, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm