Vasif Talıbov yüksək vəzifəli məmurları işdən qovdu – Şok səbəb
Bizi izləyin

Qırmızı.az

Vasif Talıbov yüksək vəzifəli məmurları işdən qovdu – Şok səbəb

Bu gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Sədərək gömrük-keçid məntəqəsinin rəis əvəzi Arzu Əliyev (Türkiyədə 17 dekabr rüşvət əməliyyatı zamanı həbs olunan Məhəmməd Seyidovu əvəz edir) və məntəqənin digər 11 nəfər əməkdaşını, həmçinin Şərur Rayo

Bu gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Sədərək gömrük-keçid məntəqəsinin rəis əvəzi Arzu Əliyev (Türkiyədə 17 dekabr rüşvət əməliyyatı zamanı həbs olunan Məhəmməd Seyidovu əvəz edir) və məntəqənin digər 11 nəfər əməkdaşını, həmçinin Şərur Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi, polis polkovniki Elxan Həsənovu otağına çağıraraq, onları şəxsən özü işdən qovub.

Səbəb Şərur rayonu ərazisində baş verən bir hadisədir. Belə ki, Azərbaycan vətəndaşı olan bir xanım türkiyəli gənclə ailə həyatı qurub və onların övladları olub. Türkiyəli gənc vaxtsız vəfat edəndən sonra uşaqların ata nənəsi övladlarına sahib durmaq istəsə də, Azərbaycan qanunları ananın haqqını tanıyıb. Ancaq hüquq-mühafizə orqanlarının gözündən yayınan nənə nəvələrini Türkiyəyə gizli yolla keçirməyə müvəffəq olub.

Hadisə barədə Naxçıvan Ali Məclisinin sədrinə Türkiyə MİT-dən məlumat ötürüldüyü qeyd olunur. Ötürülən məlumat isə V.Talıbovun bu işdə sözügedən əməkdaşlardan şübhələnməsinə səbəb olub və nəticədə onlar işdən qovulub. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm