Qazaxda çəyirtkələrə qarşı monitorinq aparılır
Bizi izləyin

Qırmızı.az

Qazaxda çəyirtkələrə qarşı monitorinq aparılır

Yay fəsli yaxınlaşdıqca əkin sahələrində ziyanvericilərin artımı müşahidə olunur. Məhsuldarlığa ciddi zərər yetirən bu həşəratlara qarşı mübarizə məqsədilə fitosanitar monitorinqlər aparılıb.

Yay fəsli yaxınlaşdıqca əkin sahələrində ziyanvericilərin artımı müşahidə olunur. Məhsuldarlığa ciddi zərər yetirən bu həşəratlara qarşı mübarizə məqsədilə fitosanitar monitorinqlər aparılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzi keçən həftədən ziyanvericilərə qarşı mübarizə tədbirlərinə start verib. Əvvəlcə Gürcüstanla həmsərhəd ərazilərdə fitosanitar monitorinqlər aparılıb. Monitorinqlərin nəticələrinə görə, Zaqatala, Şəki və Qax rayonlarının ərazilərində "İtaliya çəyirtkələri" aşkar edilib. Ehtimal edilir ki, ötən ilin avqust ayında həmin çəyirtkələr Gürcüstan ərazisindən yetkin fazasında uçaraq Azərbaycan ərazisinə miqrasiya edib. Həmin ərazilərdə mübarizə tədbirləri aparılıb və ziyanvericilər zərərsizləşdirilib.

Qazax, Ağstafa və Ceyrançöl ərazilərinin əksər hissəsində çəyirtkələrin miqrasiyasına rast gəlinməyib. Ancaq bir ay müddətinə həmin ərazilərə "İtaliya çəyirtkələri"nin miqrasiya etməsi ehtimalı var. Bunu nəzərə alan mütəxəssislər Qazax rayonunun Gürcüstan və Ermənistanla həmsərhəd olan Aslanbəyli və Şıxlı kəndləri ərazisində əkin sahələrində çəyirtkələrə qarşı mübarizə tədbirləri həyata keçiriblər.

Qeyd edək ki, Qazax rayonunun Aslanbəyli kənd sakinlərinin 1720 ha əkin sahəsi var ki, bunun da 800 hektara yaxını taxıl, 290 hektarı yonca sahəsidir. Çəyirtkələr yonca sahələrinin 70%-nə, taxılın isə 50%-nə ziyan vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm