Apardı sellər Biləcərini - ÖZƏL, FOTOLAR (YENİLƏNİB-2)
Bizi izləyin

Qırmızı.az

Apardı sellər Biləcərini - ÖZƏL, FOTOLAR (YENİLƏNİB-2)

Ceyranbatandan Bakıya gələn magistral su xəttində baş verən qəza nəticəsində 20-yə yaxın həyəti və 4 evi su basıb.

Publika.az-a Bakı Su Kanal İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində 2 həyətin hasarı uçub.

İdarədən onu da bildirdilər ki, ərzidən su təmiz çəkilib. Günün ikinci yarısı, saat 17:00-18:00-ə kimi qəzalı olan su borusunun təmiri bitəcək.

Xatırladaq ki, hadisə səhər 8:30 radələrində baş verib.

11:33

"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Publika.az-a bildirdi ki, qəzaya səbəb su borularının köhnə olmasıdır.

"Keçən il qəzalı bir çox su borularını yeniləmişik. Əgər bu xəttin də yenilənməsinə ehtiyac varsa, həmin hissələr yenilənəcək. Hazırda “Azərsu” ASC-nin əməkdaşları hadisə yerindədir. Artıq xəttə suyun verilməsi dayandırılıb ki, ətrafı çox su basmasın və tikililərin uçması halı baş verməsin. Uçanlar hasarlardır”,deyə qurum rəsmisi əlavə edib.

Qəza Ceyranbatandan Bakıya gələn 1000 mm-lik magistiral su xəttində 6 metr dərinlikdə baş verib.

Qeyd edək ki, Bakı Su Kanal İdarəsinin susovuran maşınları, bərpa maşınları və şəxsi heyəti hadisə yerindədir. Ərazidə görülən işlərə Bakı Su Kanal idarəsinin rəisi Yaşar Əhmədov nəzarət edir.

Yaşar Əhmədov Publika.az-a bildirib ki, hazırda ərazidən su boşaldılır.

"Nə qədər tikiliyə ziyan dəydiyi hələ ki bəlli deyil. Evlərinə və zirzəmilərinə su dolan ailələrə xüsusi nasoslar verilib ki, suyu çəksinlər”.

10:15

Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayış evlərinin yerləşdiyi ərazidən keçən su borusu partlayıb.

Publika.az-ın xəbərinə görə, nəticədə evləri su basıb, bəzi evlərin hasarı uçub. Hadisə səhər saatlarında baş verib.

Qeyd edək ki, su borusu Binəqədi yolu istiqamətində yerləşən yaşayış evlərinin yanından keçir.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm