Qırmızı.az
Çimərlik həvəskarlarına şad xəbər
Azərbaycanda çimərlik mövsümünə sabahdan etibarən rəsmən start veriləcək. Bunu Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.
Onun sözlərinə görə, iyunun 8-dən etibarən çimərlik mövsümünə
rəsmən start veriləcək: "Çimərlik mövsümünün rəsmi açılışı sabah
olacaq, amma artıq mayın 23-dən etibarən insanların dənizdə
çimdiklərinin şahidi oluruq. Ona görə də mayın 23-dən başlayaraq
gücləndirilmiş iş rejimində işləyirik".
Sektor müdiri qeyd edib ki, hazırda ölkə üzrə DSXX-nin 42 struktur
bölməsi fəaliyyət göstərir: "Onların hamısı rəsmi çimərlik
ərazilərində yerləşir. Düzdür, ölkədə əlavə çimərliklərin də
yaradılması prosesi gedir. Bizim bölmələrimiz rəsmi qeydiyyatdan
keçmiş çimərliklərə nəzarət edir, amma həmin çimərliklərdən kənarda
hadisələr baş verən zaman bizim ən yaxın məntəqəmizdən dərhal həmin
əraziyə operativ xilasedicilər qrupumuz göndərilir. Bizim inbati
mənqətələrimiz rəsmi çimərliklərin ərazisində yerləşir və ilin 365
günü, günün 24 saatı növbətçilik iş sistemi ilə fəaliyyət
göstərirlər. Yay mövsümündə isə növbətçilik yox, gücləndirilmiş iş
rejiminə keçilir".
M.Piryev bildirib ki, xilasetmə məntələqələri su anbarı, kanal, göl
ətrafında, əksəriyyəti isə Xəzər dənizinin sahilində yerləşir.
Struktur bölmələrinin tərkibində "Şimal", "Cənub", "Bakı" və "Araz"
adlı 4 dalğıc-axtarış qrupu da var. Xilasedicilər mütəmadi olaraq
beynəlxalq kurslara göndərilir, təlim-məşq toplantılarına cəlb
olunur. Bundan əlavə, FHN-nin Akademiyasında dalğıclar,
xilasedicilər və s. hazırlanır. Eyni zamanda, texniki avadanlıqlar
da hər il yenilənir.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ