4 nəfər suda boğuldu
Bizi izləyin

Qırmızı.az

4 nəfər suda boğuldu

Bu il Bakıda qeyri-çimərlik ərazilərində və ya çimməyin qadağan olunduğu yerlərdə suda boğulma ilə bağlı 4 ölüm faktı qeydə alınıb.

Bunu Trend-ə açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

O. Şahmalıyev qeyd edib ki, iyun ərzində Bakı şəhərində ilan sancması ilə bağlı 1, həşərat sancması ilə bağlı 1, günvurma ilə bağlı 1 fakt qeydə alınıb.

Ümumiyyətlə, 2014-cü ilin əvvəlindən indiyədək Bakıda günvurma ilə bağlı 5, ilan sancması ilə bağlı 12, həşərat sancması ilə bağlı 12 nəfər BŞTTTYS-yə müraciət edib.

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümünə rəsmən iyunun 8-dən start veriləcək. Artıq mayın 23-dən etibarən gücləndirilmiş iş rejiminə keçən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) vətəndaşlara xəbərdarlıq edərək onlara özlərinin və dorğmalarının təhlükəsizliyi naminə yalnız rəsmi çimərliklərdən istifadə etmələrini tövsiyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm