Polis qadınlara qənim kəsilən şəxsi yaxaladı
Bizi izləyin

Qırmızı.az

Polis qadınlara qənim kəsilən şəxsi yaxaladı

Yasamal polisinin oğurluq etdiyinə görə tutduğu Rasim Misirovun əlavə cinayət əməlləri üzə çıxıb.

Yasamal polisinin oğurluq etdiyinə görə tutduğu Rasim Misirovun əlavə cinayət əməlləri üzə çıxıb.

Məlum olub ki, o, əsasən qadınları soymaqla məşğul imiş. Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə bəlli olub ki, Rasim Misirovun Aygün Məmmədovanın çantasından 2000 manat və sənəd, Naib Hüseynovun cibindən 600 manat, Günay Nuriyevanın çantasından 50 manat və sənəd, Səkinəxanım Tağıyevanın çantasından 35 manat, qızıl əşyalar və sənəd və Sevər Abdullayevanın çantasından 360 manat və sənəd oğurlayıb.

Fakt üzrə araşdırma davam edir. /Qafqazinfo/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm