Atışma dayanmır, yaralılar var - YENİLƏNDİ
Bizi izləyin

Qırmızı.az

Atışma dayanmır, yaralılar var - YENİLƏNDİ

Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropa

Ermənistandan Regnum.ru saytına verilən xəbərə görə yanvarın 23-də Azərbaycan silahlı qüvvələrinin Tovuz istiqamətindən atdıqları güllələrdən biri Ermənistanın Ayqepar kəndində 16 yaşlı qız uşağının ayağına dəyib. Xəbərə görə yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti normaldır.

Ermənistan son bir neçə gündə sərhəddə yerləşən kəndlərinin Tovuz istiqamətindən müntəzəm atəşə məruz qaldığını iddia edir.

Azərbaycanda yayılan məlumata görə isə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunu atəşə tutması nəticəsində 38 yaşlı Əlibəyli kənd sakini Ruhiyyə Hüseynova yaralanıb. Bu barədə həmin kəndin icra nümayəndəsi Valeh Rzayev məlumat verib. O, yaralının müalicə edildiyini, vəziyyətinin normal olduğunu deyib.

İcra nümayəndəsi bildirir ki, Ermənistan ötən gecə saat 2-dən səhər saat 6-a qədər Əlibəylini atəş altında saxlayıb. Valeh Rzayev son 10 gündə demək olan müntəzəm atəş altında olduqlarını deyir.

Azərbaycan hərbi hava qüvvələrinin döyüş təyyarələri də yanvarın 24-də təmas xətti boyunca uçuşlar həyata keçirib. Müdafiə Nazirliyindən bildiriblər ki, hərbi hava qüvvələri təmas xəttində vəziyyətə nəzarətə üçün bu addımı atıblar.

Təmas xəttində gərginlik əsasən yanvarın 19-dan 20-ə keçən gecədən gərginləşib. Ermənistan həmin gecə Qarabağda Azərbaycan əsgərlərinin sərhədi keçməyə çalışdıqlarını, atışmada bir erməni əsgərini - Armen Hovanisyan-ı öldürdüklərini bildirir. Amma Bakı bu məlumatın yalan olduğunu bildirir.

Yanvarın 23-də isə Azərbaycan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında erməni tərəfinin snayperlə zabit Elnur Cəfərovu öldürdüklərini bildirib.

Ermənistan Müdafiə Nazirliyi atəşkəsi Azərbaycan tərəfin pozduğunu bildirir. Nazirliyin mətbuat katibi Arsrun Ovannisyan AzadlıqRadiosunun erməni xidmətinə bildirib ki, ötən gecə qarşı tərəf sərhəd boyunca 300 dəfə atəşkəsi pozub. Bu, pozuntuların orta sayından 10-12 dəfə çoxdur.

Ermənistanda hökumətin iclası müdafiə nazirinin izahatıyla başlayıb. Nazir Seyran Ohanyan gərginliyi Azərbaycan tərəfin “çaşqın davranışıyla” izah edib.

Ermənistan tərəfin atəşkəs pozuntusuna adekvat cavab verdiyi söylənir. İnsan itkisi yoxdur.

Movses kəndinin başçısı Ararat Avalyan deyir ki, bu, yanvarda artıq üçüncü hadisədir:“Axşam saatlarında intensiv atışma başlayır. Ötən il də yanvarın axırında, fevralın əvvəlində olmuşdu. Fevralın 5-də ölənlər vardı. Bütün yayı isə heç bir insident baş vermədi. İndi yenə fəallaşıblar. Bakıda faciənin ildönümü – atışma, Sumqayıt hadisələri günü – atışma, Xocalı hadisələri günü – atışma... Yəqin qrafikləri var. Şifahi deyirlər ki, guya torpaqları geri alırlar”.

Ermənistan xarici işlər nazirinin müavini Shavarsh Kocharyanın fikrincə, bu hadisələr danışıqlar prosesinə şübhəsiz təsirsiz ötüşməyəcək.“Əlbəttə ki, danışıqlar prosesinə müsbət təsiri ola bilməz. Həmsədrlərin əsas tələbi xalqları müharibəyə deyil, sülhə hazırlamaqdır”.

Tovuz rayonunun Koxanəbi kənd icra nümayəndəsi Nəsib Hüseynov AzadlıqRadiosuna deyir ki, 3-4 gündür kənddə atışma gedir. O, ötən gecə atışmanın yarım saat davam etdiyini söyləyir:“Kəndə elə bir ziyan dəyməyib. Hərbçilərimiz lazımi cavabı verirlər. Hər şey qaydasındadır. Hərə öz evindədir”.

Nəsib Hüseynov Əlibəyli kəndindən atışma səslərinin davamlı gəldiyini söyləyir.

11.04

Erməni kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib

Cəbhədə vəziyyət gərgin olaraq qalır.Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib.

Ön xəttə yerləşən bölmələrimiz tərəfindən aparılan müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb.

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 93 dəfə atəşkəs rejimi pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Vazaşen, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Mosesqex, Ayqepar, Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi, Əlibəyli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Cəvahirli, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm