"Gəncliyini Göstər" video müsabiqəsinə start verildi
Bizi izləyin

Qırmızı.az

"Gəncliyini Göstər" video müsabiqəsinə start verildi

"Gəncliyini Göstər" video müsabiqəsinə start verildi

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Aztagram” layihəsi gənclər günü münasibəti ilə “Gəncliyini göstər” şüarı altında birgə müsabiqə elan edir.

Publika.Az-ın verdiyi xəbərə görə, müsabiqədə iştirak etmək üçün gənclər instagramda öz gəncliklərini əks etdirən video - çarx çəkib, paylaşmalıdırlar.

1 fevral saat 23:59 dək davam edəcək müsabiqədə paylaşılan videolar daha çox pozitiv gəncliyi əks etdirməlidir.

Ən çox səs (like toplayan) video qalib olacaq. Qalib iştirakçı planşet ilə mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək üçün şərtləri sizin diqqətinizə çatdırırıq.

1. İştirakçılar Instagram sosial şəbəkəsində ATGTİ-nin rəsmi instagram səhfəsini (http://instagram.com/atgti_ asyou) izləməlidirlər.

2.Videonun yarışa qatılması üçün #ATGTİ, #Aztagram və #GencliyiniGoster həştəqləri mütləq istifadə olunmalıdır.

3. İştirakçıların videolarının görünməsi üçün profilləri mütləq açıq olmalıdır.

Nəzərinizə çatdıraq ki, saxta səslər toplayan iştirakçılar müsabiqədən kənarlaşdırılacaqlar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm