Qubada “KAMAZ” qəza törətdi: yaralılar var
Bizi izləyin

Qırmızı.az

Qubada “KAMAZ” qəza törətdi: yaralılar var

Bu axşam Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu axşam Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı-Quba-Rusiya yolunun Qaraçay üzərindən keçən hissəsində qeydə alınıb. “KAMAZ” markalı 38 BE 335 dövlət nömrə nişanlı avtomobillə 10 TO 361 dövlət nömrə qeydiyyatlı “VAZ 2108” markalı avtomobil toqquşub.

Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Quba rayonu İkinci Nügədi kənd sakini 16 yaşlı Əliyev Anar Tərlan oğlu və Birinci Nügədi kənd sakini 31 yaşlı Osmanov Tehran Əmrulla oğludur. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra müalicə üçün evə buraxılıb.

Qəzayla bağlı araşdırmalar davam etdirilir. /ANS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm