Qırmızı.az
TQDK-a bu gün imtahan keçirir
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçirəcək.
TQDK-dan Publika.az-a verilən məlumata görə, həmin gün eyni
zamanda qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün
rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində
təhsil alan şagirdlər də imtahan verəcəklər.
Eyni gündə Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz,
Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri üçün də
buraxılış imtahanı keçiriləcək.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- "İmtahana buraxılış vərəqəsi"ni; - şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini;
b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- 16 yaşı 2014-cü il aprelin 30-dək tamam olmayan şagirdlər
digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş
arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil
möhürlə təsdiqlənir).
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün
-Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni)
və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə
30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Şagirdlərin səhv
cavabları onların düzgün cavablarının nəticələrinə təsir etmir.
Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə
yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının
yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə
yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə
meyar kimi istifadə edilir.
Hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv
cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5
günədək müddətdə elan edilir. Şagirdlərin 5 ballıq şkala üzrə
imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları başa
çatdıqdan sonra 10 günədək müddətdə elan edilir.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?