Şəkidə avtomobil dərəyə düşdü, iki nəfər ölüb
Bizi izləyin

Qırmızı.az

Şəkidə avtomobil dərəyə düşdü, iki nəfər ölüb

Şəkidə avtomobil dərəyə yuvarlanıb, iki nəfər ölüb.

Şəkidə avtomobil dərəyə yuvarlanıb, iki nəfər ölüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon mərkəzindən 30 km aralı) 1983-cü il təvəllüdlü Osmanov Ruslan Əbdülrəhman oğluna məxsus "VOLKSWAGEN" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə avtomobilin sürücüsü R.Osmanov və sərnişin (qardaşı) 1988-ci il təvəllüdlü Osmanov Fəqan Əbdülrəhman oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm