Yanğına davamlı evlər tikiləcək
Bizi izləyin

Qırmızı.az

Yanğına davamlı evlər tikiləcək

"Azərbaycanda təbii fəlakətlər zamanı əhalinin sığınacağı üçün yanğına davamlı yarımfabrikat evlər inşa olunacaq".

"Azərbaycanda təbii fəlakətlər zamanı əhalinin sığınacağı üçün yanğına davamlı yarımfabrikat evlər inşa olunacaq".

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Kingspan-İzopoli” şirkəti sədrinin müavini Suat Kıroğlu jurnalistlərə açıqlamasında deyib.

S.Kıroğlu qeyd edib ki, gələn ilin yanvarından başlayaraq Azərbaycanda qısa müddətdə yığılıb sökülə bilən evlər üçün yanğına davamlı panellərin istehsalına başlanacaq.

Bu məqsədlə FHN ilə müştərək müəssisə yaradılacaq. “Kingspan-İzopoli” şirkətinin vəsaiti hesabına tikiləcək müəssisə 50 milyon avroya başa gələcək.

Yarımfabrikat evlərin gələcəkdə Orta Asiya ölkələrinə - Qazaxıstan, Türkmənistan və Qırğızıstana da ixrac ediləcəyi nəzərdə tutulub. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm