Qırmızı.az
Həftənin ilk iş günü hava yağmursuz keçəcək
Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu
olacaq və əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosundan Publika.az-a verilən məlumata görə, iyunun 9-da Bakıda
və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük
təşkil edəcək.
Gün ərzində hava əsasən yağmursuz olacaq.
Abşeron yarımadasında temperaturun gecə 16-21 dərəcə isti, gündüz
28-33 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 30-32
dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə isti, Zuğulba,
Mərdəkan, Şüvəlan, Buzovnada 22-23 dərəcə isti, Türkan, Hövsan,
Şıx, Şahildə 23-24 dərəcə isti olacaqdır.
Azərbaycan rayonlarında hava əsasən gecə və axşam bəzi yerlərdə
şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 16-21dərəcə isti, gündüz 27-32 dərəcə isti
olacaq.
Aran rayonlarında iyunun 9-da havanın əsasən yağmursuz keçəcəyi,
lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli
yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 17-22 dərəcə,
gündüz 30-35 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacağı
gözlənilir.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI