Mənzildə qalan 2 azyaşlı uşaq xilas edildi
Bizi izləyin

Qırmızı.az

Mənzildə qalan 2 azyaşlı uşaq xilas edildi

Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb.

Bakıda mənzildə 2 azyaşlı uşaq köməksiz vəziyyətdə qalıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil veriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm