• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakıda “SHACMAN” yenə qəza törətdi

Bakıda “SHACMAN” yenə qəza törətdi

Bakının Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yol nəqliyyat hadisəsi baş verib.

Qeydə alınan hadisə zamanı minik və yük avtomobilləri toqquşub. Qəza zamanı hər iki nəqliyyat vasitəsi sözü gedən küçə ilə üzü Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olub. Amma “Range Rover”in sürücüsünün ani çaşqınlığı sonda, avtomobilin “SHACMAN” markalı yük maşınının arxasına çırpılması ilə nəticələnib.

Qəza nəticəsində “Rance Rover”in sürücüsü yüngül xəsarətlərlə canını qurtara bilsə də, onun xanım sərnişinin 31 yaşlı Zülfiyyə Məmmədova xəstəxanalıq olub. Toqquma o qədər güclü olub ki, minik avtomobilinin on hissəsi tamamilə yarasız hala düşüb. Hətta “Range Rover”ə məxsus bəzi hissələr yük maşının arxasına yapışıb qalıb.

Yol nəqliyyat hadisəsi ilə bağlı Yasamal rayon polis idarəsində araşdırmalara başlanılıb. Qəzanın dəqiq səbəbləri və eləcə də xəsarət faktının ağırlığı dərəcəsi bu araşdırmaların sonunda məlum olacaq. /ans/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR