Yenidən evlənmək istədi, bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Yenidən evlənmək istədi, bıçaqlandı

Cəlilabad rayonunda qayın bacısının ərini bıçaqlayıb.


ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə Cəlilabad rayon Uzuntəpə kəndində baş verib. Adıçəkilən kənd sakini 1991-ci il təvəllüdlü İlkin Hüseynov öz qaynı və həmkəndlisi Vahab Həsənov tərəfindən bıçaqlanıb.


Sinə nahiyyəsindən ağır bıçaq xəsarətləri alan yaralı Cəlilabad rayon Mərkləsi Xəstəxanasına çatdırılaraq dərhal əməliyyat olunub.


Hazırda xəstənin durumu ağır olaraq qalır. Hadisənin baş veməsinə gəldikdə, zərərçəkənin yaxınların sözlərinə görə, Vahab bacısının ərini yenidən evlənmək istədiyinə görə bıçaqlayıb.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm