5 rayonda qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

5 rayonda qaz olmayacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək və 16:00-dan 18:00-dək Xətai, saat 11:00-dan 16:00-dək Sabunçu, saat 14:00-dan 16:00-dək Suraxanı rayonunda qazın verilişində məhdudiyyətlər olacaq.


Eyni zamanda, saat 16:00-dan 18:00-dək Xəzər rayonlarının, mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar isə saat 17:00-dək Lənkəran rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm