Azərbaycanlı hüquqşünaslar Almaniyada təlim keçib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı hüquqşünaslar Almaniyada təlim keçib

2-5 iyun tarixləri arasında Almaniyanın Berlin şəhərində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə Cənubi Qafqaz hüquqşünaslarının 3-cü regional konfransı keçirilmişdir. "Avrointeqrasiya dəyişikliklər üçün əsasdırmı?!" başlığı altında keçirilən tədbirdə Cənubi Qafqazdan olan hüquqşünaslar iştirak etmişlər.

Tədbir çərçivəsində müxtəlif tematik mövzuları əhatə edən təlimlər keçirilmişdir. Belə ki, "Xarici məhkəmə qərarlarının icrası", "Beynəlxalq qanunvericiliyin milli səviyyədə implementasiyası", "Krizis vəziyyətində qərarların verilməsi" və s. mövzularda keçirilən təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanmış, onların tədbirlərdə qrup şəklində iştirakı təmin edilmişdir.

Qeyd olunmalıdır ki, peşəkar alman hüquqşünasları tərəfindən keçirilən təlimlər GİZ tərəfindən qısametrajlı səndli film şəklində qeydə alınmış və yaxın günlərdə həmin filmin nümayiş etdirilməsi gözlənilir.

Tədbirdə ölkəmizi Konstitusiya Məhkəməsi, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Ədliyyə Nazirliyi və s. qurum və qeyri-hökumət təşkilatlarının əməkdaşları təmsil etmişlər.

Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) onun həmtəsisçisi, Vəkillər Kollegiyasının üzvü Gülnar Qurbanova və Təşkilatın sədr müavini Fərhad Nəcəfovun şəxsində təmsil olunmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm