Müəllimlərin imtahan günü açıqlandı
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin imtahan günü açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə iyunun 10-13-də müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin keçirilmə saatlarını açıqlayıb.

Publika.az-ın məlumatına görə, iyun10-da rus dili və ədəbiyyatı (rus bölməsində), ibtidai sinif İbtidai sinif, təsviri incəsənət və rəsmxətt, iyun 11-də riyaziyyat, Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla), 12-də ingilis dili, informatika, tarix, GÇQH, biologiya, 13-də fizika, coğrafiya, kimya, musiqi, fransız dili, fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) müəllimləri sınaq imtahanında iştirak edəcək.

İmtahanlar ikinövbəli olacaq. Birinci növbə 10:00-dan 12:30-dək, ikinci növbə15:00 -dan 17:30-dək keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm