Bakıda təzə gəlin özünü asdı
Bizi izləyin

Qırmızı.az

Bakıda təzə gəlin özünü asdı

Yenicə ailə həyatı quran 20 yaşlı qadın özünü evdə asıb

Ötən gecə saat 01:00 radələrində Bakının Nərimanov rayonunda yeni ailə həyatı quran təzə gəlin özünü öldürüb.

Nərimanov Rayon Polis İdarəsi 17-ci polis bölməsindən anpsress-ə verilən məlumata görə, Çermet qəsəbəsi, Ə.Əliyev küçəsi 38 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Səfiyyə Ələkbər qızı Ağayeva evdə intihar edib. 20 yaşlı qadın özünü evin dəhlizində asıb. Onun meyitini ailə üzvləri asılmış halda tapıblar.

Qeyd edək ki, Səfiyyə Ağayeva yenicə ailə həyatı qurubmuş. Qadının səhhətinin normal olduğu bildirilir. Onun nə səbəbdən intihar etdiyi araşdırılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm