İsmayıllıda sürüşmə hələ də aktivdir
Bizi izləyin

Qırmızı.az

İsmayıllıda sürüşmə hələ də aktivdir

“İsmayıllı rayonunun Zərnəva kəndində sürüşmə sahəsində hər gün hərəkət müşahidə edilir. Sahənin konturlarında genişlənmə yoxdur. Sürüşmə kütləsinin üzərində olan çatların, blokların genişlənməsi müşahidə olunur”.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

Onun sözlərinə görə, sürüşmə sahəsindən 150 metr kənarda fərdi yaşayış evində meyilliliklə əlaqədar olaraq, müəyyən deformasiyalar əmələ gəlib:

“Lakin bu, sürüşmə ilə əlaqəli deyil. Kəndə düşən sel nəticəsində 1 fərdi yaşayış evində dağıntı baş verib”.

Kəndi rayonla əlaqələndirən yeganə yolun dağılması, alternativ yollardan istifadəyə səbəb olub. Kənd Bələdiyyəsinin sədri Əliqulu Yedigarov kəndə yeni yolun çəkiləcəyini bildirib.

S.Əmiraslanov isə sürüşmə sahəsinə hər hansı texniki müdaxilənin daha təhlükəli vəziyyət yarada biləcəyini deyib:

“Sürüşmə sahəsi nisbi stabilləşənə qədər gözləmək lazımdır. Həmin vaxta qədər sakinlərə qonşu kəndin yolundan istifadə edilməsi məsləhət görülür”.

Qeyd edək ki, sürüşməyə səbəb mayın 29-da İsmayıllı rayonuna yağan yağışın səbəb olduğu bildirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm