"Azərsu" işçi axtarır
Bizi izləyin

Qırmızı.az

"Azərsu" işçi axtarır

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Oğuz-Qəbələ-Bakı” Su kəməri idarəsi və “Kür Su Kəmərləri” İdarəsi üçün müxtəlif vəzifələrə işçi qəbulunu elan edir.

“Azərsu”-dan Publika.az-a verilən məlumata görə, “Birləşmiş Sukanal” MMC -yə nasos qurğularının maşinisti, kimyəvi təhlil laborantı, su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı, təmirçi çilingər, texnoloji boru kəmərlərinin quraşdırıcısı peşələri üzrə işçilər tələb olunur. Namizədlər şeçilərkən Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Salyan rayonlarından olan vətəndaşlara üstünlük veriləcək.

“Oğuz-Qəbələ-Bakı” Su kəməri idarəsi üçün hidrogeoloq, metrologiya üzrə mühəndis, nasos qurğularının maşinisti, kimyəvi təhlil laborantı, su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı, təmirçi çilingər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru vəzifələrinə işçi qəbulu elan edilir. Müsabiqədə Ağsu, Kürdəmir, Zərdab və Ucar rayonlarından olan namizədlərin iştirakı məqsədəuyğun hesab edilir.

“Kür su kəmərləri” İdarəsinə usta, subağlayıcı qurğuların operatoru, su kəməri-kanalizasiya şəbəkəsinin baxıcısı, təmirçi çilingər, elektrik qaz qaynaqçısı peşələri üzrə işçilər tələb olunur. Namizədlər seçilərkən Hacıqabul, Şirvan, Salyan, Biləsuvar rayonlarından olan vətəndaşlara üstünlük veriləcəkdir.

Maraqlananlar şəxsi məlumatlarını (CV və fotoşəkil) [email protected] e-mail ünvanına göndərməli və müraciət formasında iddia edilən müvafiq peşənin adını göstərilməlidir. İşə qəbul müsabiqə əsasında həyata keçiriləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm