Tanınmış jurnalistin evində həyəcanlı anlar – Video
Bizi izləyin

Qırmızı.az

Tanınmış jurnalistin evində həyəcanlı anlar – Video

Dünən məşhur foto-reportyor Abbas Atilayın evində həyəcanlı anlar yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə fotoqraf özü Feysbuk sosial şəbəkəsindəki şəxsi hesabında məlumat yayıb.

Fotoqrafın böyük oğlu Kərim bibisi çölə çıxarkən evlərinin qapısını içəridən bağlayıb. İçəridə özündən balaca qardaşı ilə qalan Kərim qapını aça bilməyib, çöldən də qapının açılmadığını görən ailə FHN-nə müraciət etmək məcburiyyətində qalıb. Bir müddət sonra hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri evə daxil olaraq uşaqları xilas ediblər.

Abbas Atilayın statusunu təqdim edirik: “Dünən yaşadığımız daha bir stressli gün: Kərim bibisi blokda olan vaxt qapını bağlayıb Erkinlə evdə tək qalmışdılar. Qapını aça bilmirdi. FHN əməkdaşları yuxarı mərtəbədən 10-a enərək qapını açdılar. Erkin 8 aylıq olduğundan, pəncərələrin açıq olmasından xüsusilə narahatçılıq yaşadıq. FHN əməkdaşları çox mehriban və professional münasibət göstərdi. Sonda "hörmət" də etmək istədim, qoymadılar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm