Nazirlikdən istefa xəbərinə münasibət
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən istefa xəbərinə münasibət

Müdafiə naziri Zakir Həsənovun istefa ərizəsi yazması ilə bağlı yayılan məlumata nazirlik münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, bu gün bəzi kütləvi informasiya vasitələrində "Zakir Həsənov istefa ərizəsi yazıb" başlıqlı məlumatlar yayılıb.

"Bu kimi xəbərlərin yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədini güdür, eyni zamanda, Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurur".

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub.

"Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm