Qasırğa Göygölə ziyan vurdu
Bizi izləyin

Qırmızı.az

Qasırğa Göygölə ziyan vurdu

“Ötən gecə saatlarında baş verən qasırğa nəticəsində Hacıməlik qəsəbəsində 1 saylı məktəb, bir bağça və poçt binasının dam örtüyü dağılıb. Fərdi yaşayış evlərinə isə ziyan dəyməyib”. Bu barədə Publika.az-a Göygöl rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Məlumatda bildirilib ki, qasırğa qısa müddətli və gecə saatlarında olduğuna görə, xəsarət alan olmayıb.

Hazırda İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya zərər dəymiş obyektlərdə iş aparılır. Qısa müddətdə hər üç binanın dam örtüyü yenidən bərpa ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm