Müəllim çatışmazlığı olan rayonların adları açıqlandı
Bizi izləyin

Qırmızı.az

Müəllim çatışmazlığı olan rayonların adları açıqlandı

Müəllim çatışmazlığı olan rayonların adları açıqlandı

Hazırda Cəlilabad, Lerik, Yardımlı, Quba rayonlarında daha çox müəllim çatışmazlığı müşahidə edilir.

Bu barədə məlumatı Təhsil Nazirliyi Movqe.az-ın müəllim çatışmazlığı ilə bağlı sorğusuna cavab olaraq bildirib.

Məlumtda deyilir: "Fənlərə gəldikdə isə, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə vakansiyalar üstünlük təşkil edir.

Bu onunla bağlıdır ki, həmin fənlər üzrə dərs yükü bir stavkadan azdır və müəllimlər belə məktəblərdəki vakant yerləri həvəslə seçmirlər.

Tutulmayan vakant yerlərlə bağlı Təhsil Nazirliyi yerli təhsil orqanları ilə birgə qabaqlayıcı tədbirlər görüb.

Belə ki, digər məktəblərdən əvəzçilik qaydasında işləmək üçün müəllimlər dəvət edilib, çalışmanın son yaş

həddinə çatmış müəllimlərlə müqavilə müddəti uzadılıb, ixtisaslı müəllimlərlə dərs ilinin sonunadək müvəqqəti müqavilələrin bağlanması təmin olunub".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm