Əli Həsənov məcburi köçkünlərin qəsəbəsində - FOTO
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov məcburi köçkünlərin qəsəbəsində - FOTO

Əli Həsənov məcburi köçkünlərin qəsəbəsində - FOTO

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkün ailələri üçün inşa olunan qəsəbədə olub.

O, aparılan tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədi ilə Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəlləyə baş çəkib.

Publika.az-ın məlumatına görə, ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olan Ə.Həsənov inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib, burada inşaatçılarla görüşüb söhbət edib, onların arzu və təkliflərini dinləyib və tövsiyələrini verib.

Müşavirədə çıxış edən Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir və ərazidə 11 ədəd 9 mərtəbəli binaların tikintisi nəzərdə tutulur. 594 ailəlik yaşayış kompleksində, eyni zamanda, məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzinin də tikintisi planlaşdırılıb.

Hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazisində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir.

Dövlət Komitəsinin sədri həmçinin Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə də baş çəkib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm