Qırmızı.az
Dönərxanalar yoxlanılacaq
“Gigiyena və Epidemiologiya Mərkəzi yay aylarında dönərxanalarda monitorinq aparacaq. Lakin bu yoxlamalar yalnız planda nəzərdə tutulmuş obyektlərdə baş tutacaq”.
Bu sözləri Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.
“Əvvəl istədiyimiz vaxtda dönərxanalarda yoxlama apara bilirdik. İndiki halda, yeni qanunvericiliyin tələblərinə əsasən, yalnız ötən il plana daxil edilən obyektlərdə yoxlamalar aparırıq. Planda nəzərdə tutulmayan obyektlərdə yoxlama apara bilmərik, hətta gözümüzün qarşısında tələblər pozulsa belə”.
İ.Abdullayev bildirib ki, yoxlamalar hər rayonun Gigiyena və Epidemologiya Mərkəzlərində də tərtib edilir.
"Həmin mərkəzlərlə planlarımız üst-üstə düşəndə monitorinqi birlikdə aparırıq".
“Qanunda risklərə əsaslanan yoxlamalar nəzərdə tutulub. Yəni obyektdə zəhərlənmə, şikayət, yoxlamanın nəticəsi mənfi olanda təkrar monitorinq aparılır. Qalan hallarda isə vətəndaşlar, KİV və digər dövlət, ictimai təşkilatlardan daxil olan informasiyalar əsasında yoxlama aparıla bilər”.
Şöbə müdiri bildirib ki, plana əsasən, ay yarım əvvəl 20 Yanvar, Elmlər Akademiyası metrostansiyalarının yaxınlığında yoxlama aparılıb:
“Həmin dönərxanalarda həm gigiyena qaydaları pozulub, həm də toyuq dönərlərinin satılması aşkar edilib. Firudin Ağayev küçəsində isə şikayət əsasında yoxlama aparılıb, həmin dönərxananın bağlanması gözlənilir. Planda yenidən dönər satış obyektlərinin yoxlanması var”.
İ.Abdullayev dönərdən zəhərlənmə hallarının aşkarlanmasına da toxunub. Onun sözlərinə görə, son bir ildə dönərdən zəhərlənmə faktı aşkarlanmayıb. Belə hal aşkarlansaydı, həmin obyektdə yoxlama aparılardı.
Xatırladaq ki, 2006-cı ildən ölkədə toyuq dönərinin satışı qadağandır. Lakin buna baxmayaraq, bu cür dönərlərin satışına rast gəlinir.
Gülxar
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək