"Yəhova şahidləri"nin 22 üzvü saxlanılıb
Bizi izləyin

Qırmızı.az

"Yəhova şahidləri"nin 22 üzvü saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Bəkirova məxsus evdə "Yəhova şahidləri" dini təriqətinin təbliğ edilməsi müəyyən edilib.

Publika.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən məlumat verir ki, evə baxış zamanı 22 nəfər saxlanılıb və təbliği və yayılması qanunla qadağan olunmuş 13 ədəd dini kitab aşkar edilərək götürülüb.

Onlardan A.Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev ŞPŞ-yə gətirilib, izahatları alındıqan sonra buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm