Seksual manyak axtarılır
Bizi izləyin

Qırmızı.az

Seksual manyak axtarılır

Seksual manyak axtarılır

Sankt-Peterburqda təhlükəli cinayətkar istintaq eksperimenti zamanı polisin əlindən qaçıb.

Publika.az “İnterfaks”a istinadən bildirir ki, 2014-cü ildə 14 yaşlı yeniyetmə qızı zorlamaqda şübhəli bilinən Yevgeni Litovçenko istintaq eksperimenti zamanı polisin əlindən qaçıb. Litovçenko barəsində araşdırmalar başlayarkən onun əvvəllər də anoloji cinəyətlər törətdiyi aşkara çıxıb. Seksual manyak zorlama ilə yanaşı, azyaşlılara qarşı seksual hərəkətlər törətməkdə də suçlanır.

Litovçenko iyunun 6-da, saat 13:40 radələrində polis işçilərinin əlindən qaça bilib. Hazırda onun tutulub saxlanılması üçün əməliyyat tədbirləri keçirilir. Cinayətkarın fotosu televiziya ilə də nümayiş olunur. Onun tutulmasına kömək edən şəxsi 1 milyon rubl dəyərində mükafat gözləyir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm