Sabiq nazirin səhhətində problem yaranıb
Bizi izləyin

Qırmızı.az

Sabiq nazirin səhhətində problem yaranıb

Tanınmış türkoloq, ictimai xadim, sabiq təhsil naziri Firudin Cəlilov (Ağasıoğlu) ağır xəstədir.

AzNews.az-a daxil olan məlumata görə, onun səhhətində ciddi problem yaranıb və təcili əməliyyat olunmalıdır. Türkiyə həkimləri ona təcili əməliyyat olunmasını məsləhət bilsələr də, F.Cəlilovun buna maddi imkanının olmadığı deyilir.

Sabiq nazir Firuddin Cəlilov AzNews.az-a açıqlamasında səhhətində bəzi problemlərin yarandığını təsdiqləyib:

“Mən məsələnin ictimaiyyətləşməsini istəmirəm. Belə yazılar ailə üzvlərinə pis təsir edir. Xahiş edirəm, nəzərə alın”.


F. Cəlilov hazırda Bakıda olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm