Aparıcı daha bir ay həbsdə qalacaq
Bizi izləyin

Qırmızı.az

Aparıcı daha bir ay həbsdə qalacaq

Tanınmış teleaparıcı İlham Mirzəyevin həbsinin müddəti artırılıb. Bu barədə Teleqraf.com-a İlham Mirzəyevin vəkili Adəm Məmmədov məlumat verib.

Vəkil deyib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə İlham Mirzəyevin həbsdə saxlanılma müddəti iyulun 10-na qədər artırılıb. Onun sözlərinə görə, məhkəmənin qərarından apelyasiya şikayəti veriblər. Adəm Məmmədov deyib ki, şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və Nərimanov rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, İlham Mirzəyev bu ilin aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

İlham Mirzəyev vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq tutulub. İlham Mirzəyevin barəsində aprelin 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm