Azərbaycanda qəza: ölən və yaralanan var
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda qəza: ölən və yaralanan var

Saatlı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az CTV-yə istinadən bildirir ki, Elmar Baxışəliyev idarə etdiyi "Toyota" markalı avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib. Avtomobil yoldan çıxaraq kənara yuvarlanıb.

Qəza zamanı avtomobildə olan sürücünün həyat yoldaşı,1957-ci il təvəllüdüBaxışəliyeva Zərnigar Məhəmməd qızı hadisə yerində dünyasını dəyişib. Sürücü Elmar Baxışəliyev və onun qardaşı Fikrət Baxışəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Hazırda hər iki faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm