Qırmızı.az
İlham Əliyev Misirin yeni prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının yeni seçilmiş Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikasını, xalqlarımızı dərin tarixi kökləri olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Ümidvaram ki, bu münasibətlər ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da möhkəmlənəcək və genişlənəcəkdir".
İlham Əliyev Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, Misir Ərəb Respublikasına isə daim firavanlıq və tərəqqi diləyib.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO