Bakıda "KAMAZ" aşdı
Bizi izləyin

Qırmızı.az

Bakıda "KAMAZ" aşdı

Bakı Dairəvi yolunda, "Sədərək" ticarət mərkəzinin yaxınlığında "KAMAZ" markalı yuk avtomobilinin "MAN" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol qəzası baş verib. Nəticədə "KAMAZ" markalı yük avtomobili aşıb.


ANS PRESS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, qarğıdalıyla dolu "KAMAZ"in yükü yola dağılıb.


Qəza nəticəsində yolda boyük tıxac yaranıb.


Xəsarət alanlar barədə məlumat verilmir. Hadisə yerinə ərazi üzrə BDYP-nin əməkdaşları gəlib.


Faktla əlaqədar araşdırma aparılır.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm