Zakir Həsənov işdən çıxardığı polkovniki geri qaytardı
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov işdən çıxardığı polkovniki geri qaytardı

Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənov işdən azad edərək sərəncama göndərdiyi ədliyyə polkovniki Rauf Kişiyevi yenidən hüquq idarəsinin rəisi vəzifəsinə təsdiq edib.

Bu barədə “Axar.az”a Müdafiə Nazirliyindəki mənbələrdən məlumat daxil olub. Xəbərdə qeyd olunur ki, Rauf Kişiyev hazırda Nazirlikdə işini davam etdirir və indi də iş otağındadır .

MN Hüquq idarəsinin rəisi R.Kişiyevlə bərabər, həmin idarənin işdən azad edilərək sərəncama göndərilən bir neçə əməkdaşı da yenidən öz yerlərinə qaytarılıb. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, digər idarələrin də bir neçə ay əvvəl işdən çıxarılan əməkdaşları yeni əmrlə vəzifələrinə bərpa olunublar.

Xatırladaq ki, bir neçə gün əvvəl Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Rauf Kişiyevin vəzifədən azad edildiyi və onun yerinə ehtiyatda olan polkovnik leytenant, hüquq elmləri namizədi Aydın Əliyevin təyin edildiyi barədə məlumat yayılmışdı. Müdafiə Nazirliyi R.Kişiyevin işdən azad edildiyi barədə xəbərləri təkzib etsə də, nazirlikdəki mənbəmiz Hüquq idarəsi rəhbərinin və idarədəki bəzi əməkdaşların işə çıxmadığını bildirirdi. 23 yanvar tarixindən isə idarə əməkdaşları - müdir də daxil olmaqla - işlərinin başındadırlar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri qeyd etdi ki, R.Kişiyevin vəzifədən çıxarılması barədə yayılan xəbərlər "Feysbuk" sosial şəbəkəsində "General-polkovnik Zakir Həsənov" səhifəsinə istinadla verilib. Biz rəsmən bildirdik ki, bu profil saxtadır. R.Kişiyevin də vəzifədən kənarlaşdırılması ilə bağlı xəbərin heç bir əsası yoxdur və həm cənab polkovnik, həm də idarənin digər əməkdaşları əvvəlki qaydada iş başındadırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm