Lənkəranda avtomobil qaz borusuna çırpıldı
Bizi izləyin

Qırmızı.az

Lənkəranda avtomobil qaz borusuna çırpıldı

Lənkəranda “Hyundai” markalı avtomobil qaz borusuna çırpılıb.

Lənkəranda “Hyundai” markalı avtomobil qaz borusuna çırpılıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Siyavar kəndində "Hyundai" markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Hyundai" markalı minik avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm