• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Usta müştərisinə məxsus maşınla qəza törətdi

Usta müştərisinə məxsus maşınla qəza törətdi

Bakıda avtomobil təmiri ilə məşğul olan şəxs müştərisinə məxsus maşınla qəza törədib. Xətai rayonu Ramiz Quliyev küçəsində qeydə alınan hadisə zamanı “Mercedes” maraklı minik maşınına nəzarəti itirən sürücü sonda avtomobili yol kənarında park edilən digər iki nəqliyyat vasitəsinə çırpıb.

Şahidlərin sözlərinə görə, “Mercedes”in sürücüsü ötmə əməliyyatını həyata keçirən zamanı nəqliyyat vasitəsi yoldan çıxıb. Nəticədə “Mercedes” sözü gedən ünvandan park vəziyyətində olan “Toyota” və digər “Mercedes” marakalı maşınlara çırpılıb.

Hadisə zamanı sürücü qəzadan yüngül sıyrıntıarla canınıa qurtarsa da hər 3 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Qəzanın baş verdiyi ünvana çağırılan təcili tibbi yardım briqadasının həkimləri sürücüyə ilkin tibbi yardım göstərib.

Bundan sonra qəzanın səbbəkarı olan “Mercedes”in sürücüsü polis orqanına, maşınlar isə cərimə dayanacağına aparılıb.

Faktla bağlı Xətai rayon polıs idarəsındə araşdırma aparılır, qəzanın dəqiq səbələrini isə ekspertizanın vereceəyi rəy müəyyən edəcək. /Ans/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR