Ermənistandan Naxçıvana hücumla bağlı Şok etiraf
Bizi izləyin

Qırmızı.az

Ermənistandan Naxçıvana hücumla bağlı Şok etiraf

Ermənistandan Naxçıvana hücumla bağlı Şok etiraf

“Biz Azərbaycan tərəfinə PK-dan təxminən 400 güllə atdıq”.

Axar.az xəbər verir ki, bu informasiyanı Ermənistan mətbuatı yayıb.

Mətbuat iyunun 5-də iki nəfər erməni əsgərinin öldüyü postdakı şahidlərin açıqlamalarını yayıb. Hadisə şahidləri atəşkəsin erməni ordusu tərəfindən pozulduğunu dilə gətiriblər:

“Biz öz postumuzdan 300-500 metr məsafədə Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan müşahidə avtomobillərini gördük. Avtomobilə təxminən 6-7 nəfər snayper əyləşdi. Ardınca isə biz PK-dan (Pulemyot Kalaşnikov) atəş açdıq. Avtomobilə doğru təxminən 400 güllə atdıq. Əsgərlər avtomobildən çıxdılar. Biz 3 nəfərin çıxaraq qamışlıqda gizləndiyini gördük. Qalanlarından xəbərimiz yoxdur”.

Qeyd edək ki, iyunun 5-də Ermənistan ordusunun iki əsgəri Naxçıvan istiqamətində Azərbaycan Ordusunun snayperlərinin gülləsinə tuş gələrək ölmüşdülər. Bundan üç gün öncə isə Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində Azərbaycan SQ-nin əsgəri Zaur Həsənli şəhid olmuşdu.

Onu da xatırladaq ki, 5 iyun hadisəsindən dərhal sonra Ermənistanın Müdafiə naziri Seyran Ohanyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşiki nazirliyə dəvət edərək, Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm