Mağazadan velosipedi almaq adı ilə sürüb getdi
Bizi izləyin

Qırmızı.az

Mağazadan velosipedi almaq adı ilə sürüb getdi

Bakıda mağazadan velosipedi almaq adı ilə sürüb getmiş şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mayın 10-da Bakı şəhər sakinləri Aydın Tahirli 20-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, mayın 9-da Topçubaşov küçəsində yerləşən sürətçıxarma mağazasında, orada işləyən Ümid Bədirbəyli ona məxsus 220 manatı oğurlayıb.

Müəyyən olunub ki, o mayın 10-da Nurlan Heybətovun etibarından sui istifadə edərək ona məxsus Mir Qasımov küçəsində yerləşən mağazadan velosipedi almaq adı ilə sürüb gedib.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ümid Bədirbəyli tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm