• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakı çimərliyində vəhşilik: atın ayağını baltaladı (FOTO)

Bakı çimərliyində vəhşilik: atın ayağını baltaladı (FOTO)

Bir neçə gün əvvəl yay mövsümü ilə əlaqədar olaraq Əmir oğlu Qurbanla birlikdə Novxanı çimərliyində insanlara xidmət etmək, onları atla gəzdirməklə pul qazanmaq fikrinə düşüb. Onlar ata-bala 500 manata bazardan at alıb və bununla da muradlarına çatdıqlarını düşünüblər. Əslində isə, başqa bir at biznesilə məşğul olan şəxsin niyyətindən xəbərsiz olublar.


At sahibinin yaxınları bildiriblər ki, çimərlikdə başqa bir at sahibi ata-balanın onun biznesinə şərik çıxdığını görüb plan hazırlayıb. “Rəqib at”ın harada saxlanıldığını öyrənərək gecə həmin yerə gedib. Atın tövlədə ayağını balta ilə kəsiblər. Ağrıdan at tövlədən qanı axa-axa qaçıb və yolun yarısında qanitirmədən yıxılıb. At sahibi yaralı atını taparaq baytar çağırıb.


Baytar atın yarasına əlac etsə də, onun kəsilən ayağı heç vaxt işləməyəcək. Atın əsas damarı və əzələsi kəsilib. At sahibi məsələ ilə bağlı polisə müraciət edib.


Binəqədi Rayon Polis İdarəsindən bildirilib ki, iki gün əvvəl Daxili İşlər Nazirliyinin “102” xidmətinə bir vətəndaş zəng edərək Novxanıda yol kənarına ayağı sınmış bir atın yıxıldığını deyib. Əraziyə əməliyyat qrupu getsə də, işarə verilən ünvanda atı tapa bilməyib. Lakin raport yazılaraq məsələnin araşdırılması üçün sahə müvəkkilinə göndərilib.








Xəbər lenti

DAHA ÇOX XƏBƏR