“Qanuni oğrularımız” İstanbulda atışdı – ölən və yaralananlar var
Bizi izləyin

Qırmızı.az

“Qanuni oğrularımız” İstanbulda atışdı – ölən və yaralananlar var

“Qanuni oğrularımız” İstanbulda atışdı – ölən və yaralananlar var

“Qanuni oğrular” arasında atəşkəs yenidən pozulub. Dünən yerli vaxtla saat 13:30-da Türkiyənin Ədirnə şəhərinə güllə səsləri eşidilib. Əski İstanbul küçəsində baş verən “razborkada” 2 oğru klanı iştirak edib. Qruplardan biri hadisə yerinə rus dövlət nömrə nişanlı ( P 878 EC 177) avtomobillə gəlib. Digər qruplaşmanın avtomobilində yerli dövlət nömrə nişanı olub. Ümumilikdə, atışmada içərilərində ruslar və gürcülər daxil olmaqla bir neçə nəfər iştirak edib.

Günün-günorta çağı baş verən toqquşma şəhər əhalisində xof yaradıb. İnsindentin baş verdiyi yerə gələn polis beş nəfəri həbs edib. Onlardan biri ayağından güllə yarası alıb. Əməliyyat zamanı Hüseyn İmraq adlı türk polisi öldürülüb.

Xatırladaq ki, Türkiyə son illər bir çox azərbaycanlı və gürcü avtoritetlərin daimi yaşayış məskəninə çevrilib. 2012-ci ildə Rövşən Lənkəranskinin qruplaşması İstanbulda digər azərbaycanlı “vor zakon” Baxış Əliyevə uğursuz sui-qəsd təşkil etmişdi. B.Əliyev o hadisədən salamat qurtulsa da, bu ilin aprelində Odessada killer gülləsindən yayına bilmədi.

Keçən yay isə Lənkaranskinin klanı İstanbulda avtoritet Gela Kardavanın klanının üzvlərini qəddarcasına döymüşdülər. Bu hadisədən cəmi bir gün sonra Türkiyə paytaxtında digər “vor zakon” , “Qoca” ləqəbli Əlibala Həmidov öldürüldü. “Qoca”nın başını beysbol ağacı ilə əzib sonra güllələmişdilər.

Əslində, bütün bu hadisələrin kökündə iki azərbaycanlı “qanuni oğru”nun – Rövşən Lənkaranski ilə Nadir Səlifovun (ləqəbi “Quli”) arasındakı düşmənçilik durur. Son vaxtlar bu konfliktə daha bir azərbaycanlı “qanuni oğru” Əli Heydərov (ləqəbi “Albert Rıjıy”) da qoşulub.

Qeyd edək , “Quli” hazırda Azərbaycanda, 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəksə də, özü kimi oğru tacı daşıyan dogma qardaşı Namiq çöldə onun maraqlarını qoruyur.

Ehtimal edilir ki, Türkiyədəki son olay “Quli” ilə “Albert Rıjı”nin klanları arasında baş verib.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm