6 nəfəri gün vurdu
Bizi izləyin

Qırmızı.az

6 nəfəri gün vurdu

İyun ayının ilk ongünlüyündə Bakıda 6 nəfəri gün vurub.


Bu haqda Publika.az-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) məlumat verilib. Həmin xəstələrə tibbi yardım göstərilib, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.

Havaların isti keçməsi ilə bağlı 15 çimərlikdə təcili tibbi yardım briqadaları səhər saat 09:00-dan axşam saat 09:00-dək növbə çəkir.

BŞTTTYS-dən bildirilib ki, qarşıdan qızmar yay günləri gəldiyindən günvurma diaqnozu ilə həkimə müraciət edənlərin sayının artacağı istisna deyil. Bu səbəbdən də BŞTTTYS əhalini isti havalarda ehtiyatlı olmağa, xüsusilə yaşlı insanların və azyaşlı uşaqların bu cür hava şəraitində açıq havaya çıxmamasını məsləhət görür.

Günvurmanın qurbanı olmamaq üçün insanlar hava şəraitinə uyğun geyinməli, qidalanmalı, gəzintiyə çıxmalıdırlar. Səhər saat 11:00-dan axşam saat 18:00-a dək açıq havada gəzməkdən mümkün qədər çəkinmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm