Daha bir ana ölümü - Həkim açıqlama verdi (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Daha bir ana ölümü - Həkim açıqlama verdi (YENİLƏNİB)

Xəstəxananın doğum şöbəsinin müdiri Nəzakət Abdulrzaqova Publika.az-a açıqlamasında uşağın oksigen çatışmazlığı diaqnozu ilə paytaxta göndərdiklərini deyib:

“45 yaşlı Ziyafət Həsənovanın ikinci hamiləliyidir, uşaq qeysəriyyə üsulu ilə dünyaya gəlib. Hər ay vaxtlı-vaxtında müayinəyə gəlib, hər zaman həkim nəzarətində olub. Doğum vaxtı tamam olanda əməliyyatla uşağı götürmüşük. Doğum zamanı uşaq ağlayıb, proses normal keçib. Ancaq bir neçə gün sonra uşaqda tənəffüs çatışmazlığı yarandı. Bizdə müasir texniki imkanlar olmadığına görə, bunun səbəbini tam bilmədik. Ona görə də, uşağı Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərdik”.

Həkimin sözlərinə görə, xəstə üçün əllərindən gələni ediblər. Yeganə qüsurları onu xəstəxanın maşınında paytaxtda göndərməmək olub.

“Təcili əməliyyata girirdim, pediatırımızdan xahiş etdim ki, maşın təşkil edib, uşağı Bakıya göndərsinlər. Amma anlaşmazlıq olub, onlar xəstəxanın maşını ilə yox, öz maşınları ilə gediblər. İndi bizdən əsas şikayətləri odur ki, nə üçün xəstəxana maşın verməyib. Mən qəbul edirəm ki, bizim pediatrımız da səhv edib, ambulans maşını ilə göndərməli idi. Amma uşağın çəkisi də az idi, bizdə 2 kilo 600, Elmi Tədqiqat Pediatriya İnstitutununda 2 kilo 700 qram olduğunu deyiblər. Bu da yetişmiş uşaq çəkisinin az çəkisidir”.

Gülxar

12:18

Azərbaycanda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb.

AzNews.az-ın məlumatına görə Şamaxı rayon sakini Ziyafət Həsənova rayon mərkəzi xəstəxanasında iyunun 8-də oğlan uşağı dünyaya gətirib. Əvvəlcə hər şeyin normal olduğu bildirilsə də, bir neçə saatdan sonra uşaq xəstəxananın doğum şöbəsinin müdiri Nəzakət Abdulrzaqova tərəfindən Bakıya, Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərilib. Həkimlərin səyinə baxmayaraq, ağır durumda gətirilən körpənin həyatını xilas etmək mümkün olmayıb.


Hadisənin dəhşətli təfərrüatlarını və həkimlərin açıqlamalarını az sonra diqqətinizə çatdıracağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm