Avtobus sürücüləri nəzarətə götürüldü
Bizi izləyin

Qırmızı.az

Avtobus sürücüləri nəzarətə götürüldü

Bakı yol polisi bu gündən avtobus sürücülərinə qarşı reydlərə başlayır.


Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Bakıda avtobus sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının çoxluğu ciddi narahatlıq doğurur.

Bu məqsədlə avtobus sürücüləri arasında nizam-intizamın yüksəldilməsi və avtobus sürücülərinin iştirakı ilə yol qəzalarının qarşısının alınması üçün Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, şəhərin bütün küçə və yollarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobus sürücülərinin sənədlərinin yoxlanılması, onların "Yol hərəkəti haqqında" qanuna riayət etmələri yoxlanılacaq.


V.Əsədov bildirib ki, bununla bağlı artıq xüsusi qrup yaradılıb və reydlərə Bakı yol polisinin bütün şəxsi heyəti cəlb olunub.

Qeyd edək ki, bu ilin 4 ayında Azərbaycanda avtobusların iştirakı ilə 25 yol qəzası qeydə alınıb. Nəticədə 10 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm